Arvadını döyən idmançının dostu: Anar fağırdır, sülh adamıdır

Arvadını döyən idmançının dostu: Anar fağırdır, sülh adamıdır
18 Fev 2019 13:10


Arvadını döydüyü üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs olunmuş budo döyüş növləri üzrə dördqat Avropa və dünya çempionu Anar Süleymanov bir neçə gündür, ölkə gündəmini zəbt edib.

Realpress.az bu məqsədlə sanda döyüş növü üzrə beynəlxalq dərəcəli hakim olan Anar Süleymanovun dostu, kikboksinq üzrə əməkdar idman ustası Fuad Zeynalovla danışıb.

– Fuad müəllim, Anara iyirmi günlük həbs cəzası verilib. Bu barədə nə düşünürsünüz, sizcə doğru qərardır?

– Anara əvvəl 500 manat cərimə kəsilmişdi və bu cəzaya da razı idi. Heç kim Anar Süleymanovun tərəfini saxlamır. Cinayət varsa, cəzasını çəkməlidir. Əsas ekspertiza rəyi idi. Orada da həyat yoldaşına dərəcəsi bilinməyən yüngül xəsarət yetirdiyi bildirilmişdi. İki dəfə bu rəydən şikayət olundu və eyni rəy verildi. Yəni heç bir ciddi xəsarətdən söhbət gedə bilməz. Bütün saytlar yazır ki, Anar arvadını döyüb. Arvadını döyəni iyirmi sutka saxlamırlar axı...

– Əvvəl 500 manat cərimə cəzası idisə, sonra niyə bu, iyirmi sutkalıq həbslə dəyişdirildi?

– Onlar apellyasiya şikayəti verdilər. Bundan sonra işə yenidən birinci instansiya məhkəməsində baxıb cəzanı iyirmi günlük həbsə dəyişdilər. Bu dəfə Anarın vəkili apellyasiya şikayəti verdi ki, dərəcəsi bilinməyən xəsarətə görə belə cəza verilməsi düz deyil. Adam öldürməyib, bir şey etməyib. Qarşı tərəfdə sınma, göyərmə izi yoxdur. Anar vurduğu bir şilləyə görə 500 manat cərimə cəzası ödəməyə hazır idi. Həyat yoldaşını vurduğunu boynundan atmır. Amma bizim üçün əsas ekspertizanın rəyi idi.

– Onlar avqustun sonlarında evlənmişdilər. Tərəflərin arasındakı davanın səbəbi nədir?

– Belə şeylərə çox qarışmaq istəmirəm. Mən məsələyə neytral bir insan kimi yanaşıram. Qız da yaxşı insandır.

– O da kikboksçu olub, səhv etmirəmsə...

– Adi kikboksçu olub, heç bir nəticəsi olmayıb. Anarın tələbəsi idi. Evlənəndən bir-iki gün sonra aralarında mübahisə başlayıb, yola getməyiblər. Deyəsən, qız bir az kobudluq edib, yəqin Anar da qarşılıq verib. Bir sözlə, ailə münaqişəsi olub.

– Tərəflər boşanıb?

– İki-üç aydır ki, aralarında boşanmaya dair məhkəmə prosesi gedir. Qız tərəfi deyirdi ki, səni tutduracağıq. Arzularına çatdılar. Qanunla belə məsləhət görülübsə, yəqin ki, haqlıdırlar. Amma söhbət bundan gedir ki, bir şillə vurmağa görə saytlarda başlıqlara “arvadını döyən” yazmaq doğru deyil. Hamı da fikirləşir ki, yəqin, onu salıb ayağının altına, döyüb. Bu da idmançının imicini ləkələyir. Heç olmasa, “ailə münaqişəsində bir şillə vuran” yazsınlar. Əslində, arvadını yazmaq da düz deyil. Çünki onların boşanmaya dair məhkəmə prosesi gedir. Qız tərəfi Anardan şikayət edən kimi o, dərhal boşanmağa dair ərizə ilə müraciət edib.

– Bakı Apellyasiya Məhkəməsindən çıxdıqdan sonra yayılan videoda sizin ona “şeir yazarsan, orada vaxtın çox olacaq” kimi atmacanız var. O nə şeirlərdir?

– O, şeir yazır Səhifəsində yazdığı şeirləri paylaşır. Qəşəng yazır. Çox istedadlı uşaqdır, şeir yazır, qarmon çalır.

– O həbs olunana kimi kikboksinq üzrə qızlar millimizin baş məşqçisi idi?

– Bəli. Onun yetirməsi olduğu qızlar da Anarın xətrini çox istəyir. Söhbət bundan gedir ki, Anar sülh adamıdır, dava salan, qəddar adam deyil. Onun tərəfini saxlamaq kimi olmasın, bədbəxt, fağır adamdır. Onun bir dəfə də olsun qəddarlığını, kiməsə yumruq, kəllə atdığını görməmişəm.

Kiminləsə mübahisəsi düşər, bu normaldır. Amma bu insanda davakarlıq, aqressiya yoxdur. Onun danışıq tonu da sakitdir. Qışqıranda da sakit qışqırır. Bu adam cəllad deyil axı. Onu ləkələdilər. Anarı bu formada təqdim etmək düz deyildi.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.