Məşhur ufoloq Bob Lazar —Yer üzündə insanı yadplanetlilər yaradıb

Məşhur ufoloq Bob Lazar —Yer üzündə insanı yadplanetlilər yaradıb
18 Fev 2019 12:34

Ufoloqlar günümüzdə insanın yadplanetlilər tərəfindən yaradıldığını iddia edirlər.

Realpress.az xəbər verir ki, bu günə qədər də ufoloqlar arasında insanın yadplanetlilər tərəfindən hansı məqsədlə yaradıldığı barədə mübahisə gedir.

Bəzi tədqiqatçıların fikrinə görə, Yer yadplanetlilər üçün əyləncə parkıdır. Bəzilərinin fikrinə görə isə insan yadplanetlilər üçün qiymətli bioloji material kimi lazım olur. Ufoloq Bob Lazar isə Larri Kinqin teleşousunda məsələ ilə bağlı yeni iddia səsləndirib. Onun fikrinə əsasən, insanlar yadplanetlilər üçün çox rahat informasiya daşıyıcılarıdırlar. Məsələ burasındadır ki, DNA ən optimal informasiya daşıyıcısıdır. Yadplanetlilərin sahib olduğu kvant texnologiyasına əsasən insanın DNA-sına 3 trilyon qiqabayt informasiya yaza bilərlər. İlk baxışdan bu absurd görünə bilər.

İnsan DNA-sı digər heyvanların DNA-sından fərqli olaraq 95 faiz lazımsız məlumatlarla doludur. Bu məlumatlar insan həyatında heç bir rol oynamır. Bəs bu nədir?

İnsan ən etibarlı informasiya daşıyıcısına nisbətən zamanla dünyasını dəyişir. Amma öz məlumatını “kopyalayır” və növbəti nəsillərə ötürür.
İnsan informasiya daşıyıcısı kimi onun qorunmağında maraqlıdır və itməməsi üçün hər şeyi edir.

Bob Lazarın açıqlamaları sərsəmləmə kimi görünsə də, ortada müəyyən faktlar var. Həqiqətən də DNA-mızdakı məlumatların 95 faizi bizə aid deyil. Beynimizin isə 98 faizi əlavə hüceyrələrlə doludur. Hətta əzələ toxumasından da insan ən yaxşı halda 25 faiz istifadə edə bilir. Bu səbəbdən istənilən heyvan insandan güclüdür.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.