Xərçəng xəstəsinə nəyi deməməli?

Xərçəng xəstəsinə nəyi deməməli?
18 Fev 2019 11:03

Mübariz, döyüşçü, qəhrəman - bu, xərçəng xəstələrinin ünvanına deyilən sözlərin bir qismidir.

Yeni tədqiqata əsasən, xərçəng xəstələrindən bəziləri belə sözləri ruhlandırıcı yox, yersiz sayır.

Britaniyada xərçəng xəstələrinə dəstək verən Macmillan xeyriyyə təşkilatı 2000 xərçəng xəstəsi arasında sorğu keçirərək aşkar edib ki, "xərçəngə tutulmuş" və "qurban" kimi sözlər də xərçəng xəstələrinin xoşlamadıqları ifadələr arasında yer alıb.

Xeyriyyə təşkilatı qeyd edib ki, sorğunun nəticələri xərçəngin sadə təsvirlərinin necə "bölücü" ola bilməsini göstərir.

YouGov sosial araşdırmalar mərkəzi tərəfindən aparılmış digər sorğunun nəticələrinə görə, xərçəng xəstəsinin diaqnozunu "savaş" və ya "döyüş" adlandırmaq, xəstə öləndə isə onun ünvanına "döyüşü uduzdu", "savaşı uduzdu" kimi ifadələr işlətmək də xərçəng xəstələri arasında yaxşı qarşılanmır.

Xüsusilə, sosial mediada belə söz və kəlmələrin işlədilməsi daha çox ağrıverici sayılıb.

Sorğunun nəticələrinə əsasən, xərçəng xəstələri diaqnozun necə varsa elə təsvir edilməsini, diaqnoz qoyulanda və ya xəstə öləndə dəqiq söz və kəlmələrdən istifadə olunmasını daha məqbul sayırlar.

"Mən ilhamverici deyiləm"

47 yaşlı Mandy Mahoney-nin müalicə olunmayan metastatik döş vəzi xərçəngi var.

London sakini olan sosial dəstək xidməti işçisinə ilk dəfə döş xərçəngi diaqnozu 2011-ci ildə qoyulmuşdu və o zaqmanadan bəri bu xəstəlik beş dəfə qayıdıb.

"Mən düşünürəm ki, xərçəng mövzusunda söhbətlərin təsiri mənfi ola bilər - cəsur, döyüşçü, cəngavər kimi sözlər diaqnozu yenicə qoyulmuş xəstələrə olduqca böyük stress yarada bilər".

Mandy "xərçəngə qarşı döyüşü uduzmaq" kəlməsinə də etiraz edib.

"Bunu belə də başa düşmək olar ki, sanki siz mübarizə aparmamısınız və ya təslim olmusunuz", - o qeyd edib.

O, "aydın, faktlara əsaslanan dili" üstün tutur və özünü, sadəcə, "müalicə olunmayan xərçəngi olan" birisi kimi təsvir edir.

"Mən cəsur və ya ilhamverici deyiləm. Mən sadəcə həyatımı yaşayıram", - o bildirib.

Craig ToleyCraig Toley hesab edir ki, "döyüşçü" sözü, şəxsən ona müsbət təsir göstərir.

Lakin 2016-cı ildə tiroid xərçəngi diaqnozu qoyulmuş Craig Toley hesab edir ki, bəzi sözlərin pozitiv təsiri ola bilər.

Onun xəstəliyinin simptompları hazırda bir qədər azalıb.

31 yaşlı Craig Toley deyir ki, şəxsən ona bu cür sözlər sanki əlavə güc verib.

"Mübariz adamlar barədə dastanları hamı xoşlayır."

"Bölücü sözlər"

"Xərçəng xəstəsi düşdüyü vəziyyətə uyğun söz tapmağa çalışarkən, dostları və ailələsinin "yersiz" söz işlətmələri xəstənin acı hisslərini daha da gücləndirmiş olur, - Macmillan xərçəng xəstələrinə dəstək təşkilatının əməkdaşı Karen Roberts deyir. - Bu məsələyə diqqəti çəkməklə biz insanları, onların eşitmək istədiyi sözləri səsləndirməyə dəvət edirik, onların əhval-ruhiyyəsinə və münasibətlərinə vurula biləcək zərərin qarşısını almaq istəyirik".

Mandy deyir ki, xərçəng barədə danışmaq üçün "dərslik oxumağa lüzum yoxdur, nəyisə bilməmək təbiidir".

"Əgər siz nə demək lazım olduğunu bilmirsiniz, mən bu məsələdə sizə kömək edə bilərəm və hətta, yeri gələndə, "bu barədə danışmamalıyıq" kəlməsini də işlədə bilərəm", - o deyir.

"Sadəcə, real olun", - Mandy vurğulayır.

Realpress.az



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.