Kamaləddin Qafarov: Davamlı, uğurlu islahatlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir

Kamaləddin Qafarov: Davamlı, uğurlu islahatlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir
15 Fev 2019 14:32

“Azərbaycanın  praqmatik düşüncə tərzinə və ölkənin ümumi  qüdrətinin artmasına yönələn iqtisadi-siyasi və sosial siyasəti özünün miqyası və effektivliyi ilə bütün dünyada tanınır. Davamlı,  uğurlu islahatların kecirilməsi bu siyasətin ayrılmaz tərkib hissəsidir. Prezidentimiz İlham Əliyevin da qeyd etdiyi kimi, bu islahatların əsası 1993-cü ildə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev geniş xalq kütlələrinin çağırışı ilə  ikinci dəfə hakimiyyətə gələrkən qoyulmuşdur.  Böyük öndərimiz həmin vaxtlar dövləti və dövlətçiliyimizi qoruyaraq onun stabil inkişaf yoluna qədəm qoyması üçün çox böyük səylər göstərdi,  Azərbaycanı dinamik inkişaf yoluna çıxardı”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.QAfarov bildirib ki, islahatlarin ikinci mərhələsi 2003-cü ildən Azərbaycanın sükanı arxasına keçən, Ulu öndərin ideya-siyasi irsini yaşadaraq daha da zənginləşdirən,  Heydər Əliyevin nəhəng quruculuq arzularını yaradıcı şəkildə reallaşdıran İlham Əliyev cənablarının hakimiyyətə gəldiyi dövrdən başlandı. Keçən 15 il ərzində Azərbaycan daha da inkişaf etdi, qüvvətləndi, nəinki regionun, hətta dünyanın inkişaf etməkdə olan qabaqcıl ölkələrindən birinə cevrildi.

“Müasir dövrün çağırışları və tələbləri ilə bağlı labüd olan islahatları Azərbaycan Prezidenti  möhtərəm İlham  Əliyev müsahibədə çox dəqiq izah edir və əsaslandırır: “2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi. Ona görə də 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır.” Prezidentimizin müsahibəsi xalq  qarşısında  ən mükəmməl hesabat və strateji fəaliyyət proqramıdır”-deyə, deputat vurğulayıb.

Realpress.az


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.