Siyavuş Novrzov:Prezidentin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik

Siyavuş Novrzov:Prezidentin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik
12 Fev 2019 14:27

“Əfsuslar olsun ki, Prezident İlham Əliyevin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik, onların diqqətini bu məsələyə yönəldə bilmirik. Tutaq ki, şəhid ailələri ilə bağlı məsələ. Prezident tapşırmışdı ki, bu məsələ araşdırılsın, məsələ araşdırılmadan həlli mümkün deyildi. Həmin insanlarla bağlı problem araşdırıldı və həllini tapdı. Bir qrup ölkəmizin əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışırlar, bu məsələni öz adlarına çıxmağa cəhd edirlər. Guya onlar mitinq keçirdi, Prezident də bu addımı atdı. Hallbuki Prezident İlham Əliyev daha öncədən tapşırıq vermişdi”.

 “Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, dövlət başçısı sosial müdafiə ilə bağlı mühüm addımlar atır: “Xaricdə oturub böhtan-şər kampaniyası aparan adamlar minimum əməkhaqlarının artırılması ilə bağlı məsələni də öz adlarına çıxmağa çalışırlar. Deputatlar da seçiciləri ilə görüşlərdə dövlətin atdığı addımları diqqətə çatdırılmalıdırlar. Prezident İlham Əliyev xalqın problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verir. Gənclərin müxtəlif dövlət vəzifələrinə təyinatı dövlət başçısının gənclər siyasətinə önəm verdiyini göstərir. Hər birimiz əsgər kimi bunları ictimaiyyətə çatdırmalıyıq. Bu, dövlətin strategiyasıdır, kiminsə göstərdiyi təzyiqin nəticəsi deyil”.

Realpress.az


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.