Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır

Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır
11 2019 13:30

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.

AAYDA-dan Realpress.az-a verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.

Sözügedən işlər 12 fevral axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


19 Fev 2019
Cəmiyyət

19 illik ər-arvadın sevgililər günündə intiharının DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

15 fevral tarixində Hacıqabul rayonunun Kolanı kəndində baş verən faciəvi hadisə ölkədə rezonans doğurub.

19 Fev 2019
Cəmiyyət

Azərbaycanda 17 nəfərdə donuz qripi aşkarlanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancının Trend-ə müsahibəsini təqdim edir:

19 Fev 2019
Cəmiyyət

Simonyan: Yaşamağa yerim yox idi, İradə Zeynalova mənə kömək etdi

Simonyan: Yaşamağa yerim yox idi, İradə Zeynalova mənə kömək etdi

19 Fev 2019
Cəmiyyət

Bakıya qar yağır

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

19 Fev 2019
Cəmiyyət

Azərbaycanda zəlzələ baş verdi

Fevralın 18-də Lənkəran stansiyasından 28 kilometr şimalda, Masallı rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.