Plastik tullantılardan qurtulmağın yolu tapıldı - VİDEO

Plastik tullantılardan qurtulmağın yolu tapıldı - VİDEO
11 Fev 2019 12:40


Yer planetinin ekoloji baxımdan əsas problemlərindən biri gündən-günə çoxalan plastik tullantılardır. Ekoloqların hesablamalarına görə, okean və zibilliklərdə hazırda beş milyard tona yaxın plastik tullantı var: onların çoxu heyvan və insanların məskənlərinə təhlükə yaradan toksik maddələr yayır.

Bu barədə “Hi-News” məlumat yayıb.

Alimlər uzun müddətdir ki, bu problemin həlli üzərində “baş sındırır”: kimi ekoloji təmiz alternativlər axtarır, bəziləri isə tullantıların yanacağa çevrilməsi üçün texnologiyalar ərsəyə gətirir. Perdyu Universitetinin kimyaçılarından ibarət qrup bu yaxınlarda yaratdıqları yeni texnologiya ilə bağlı məlumat veriblər.

Onların ixtira etdikləri proses plastik tullantıları benzin və ya dizelə bənzər yanacağa çevirməyə imkan verir. Bu konvertasiyada plastik oyuncaqlar, yanacağın alınmasında tibbi cihazlar, ərzaq qablaşdırma vasitələrinin tərkibində olan polipropilen əsas xammal sayılır. İdeyaya görə,  propilen polimerləri yandırılır, daha sonra qaz və maye şəkli arasında olan vəziyyətində suda həll edilir.

Proses dəniz səviyyəsindən 2300 dəfə çox atmosfer təzyiqi altında 380-500 dərəcə temperaturda həyata keçirilir. Konvertasiya bir saata yaxın çəkir. Proses başa çatdıqdan sonra alimlər avtomobillər və digər texnikada istifadə oluna bilən yanacaq əldə edir.

Tədqiqatçı alim Linda Vanın sözlərinə görə, polipropilen dünyanın plastik tullantılarının dörddə bir hissəsini təşkil edir. Onların bu texnologiyası həmin tullantıların 90 faizini faydalı yanacağa çevirməyə imkan verir.

 


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.