Bakıda dəm qazından zəhərlənmə: ana öldü, qızın vəziyyəti ağırdır

Bakıda dəm qazından zəhərlənmə: ana öldü, qızın vəziyyəti ağırdır
11 Fev 2019 12:20


Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsində bir nəfər dəm qazından ölüb.

realpress.az-ın məlumatına görə, qəsəbə sakini, 1989-cu il təvəllüdlü Aygün Ələşrəfova və qızı, 2012-ci il təvəllüdlü Aysun Ələşrəfova hamam otağında dəm qazından zəhərləniblər.

30 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Onun qızı isə təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriblər.

Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov realpress.az-a açıqlamasında yeddi yaşlı qızın vəziyətinin stabil olduğunu deyib:

“2012-ci il təvəllüdlü Aysun dünən çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Bütün gecəni ciddi həkim nəzarətində saxlanılıb və səhər saatlarına yaxın nisbətən özünə gəlib. Reanimasiya şəraitində saxlanılır. Vəziyyəti orta-ağır olaraq qalır”.


29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.