Elə oğlan deyiləm ki, adım hardasa hallansın— Başçının müavini həyat yoldaşının davasından DANIŞDI (VİDEO)

Elə oğlan deyiləm ki, adım hardasa hallansın— Başçının müavini həyat yoldaşının davasından DANIŞDI (VİDEO)
11 Fev 2019 12:18

Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyev həyat yoldaşı, Gəncədəki 10 nömrəli məktəbin direktoru Arzu Əliyevanın valdieynlə əlbəyaxa çıxması barədə yayılan xəbərlərdən danışıb.

Əliyev Realpress.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, görüntülərdəki şəxs onun həyat yoldaşı deyil:

"Bəli, həyat yoldaşım Gəncədəki 10 nömrəli məktəbin direktorudur. Mən Samuxda yaşayıram, o, Gəncədədir. Nə fikir bildirəcəyəm ki? Fikri o videonu sizə göndərən adamdan soruşun. Kimsə bir şey deyəndə aydınlaşdırmalıdır. Məktəbdən öyrənin də, məndən niyə soruşursunuz? Niyə mənim adım hallanmalıdır ki? Heç o məktəbdə də oxumamışam ki, kimsə adımı hallandırsın. Mənim adım tarixində heç harda hallanmayıb. Elə oğlan deyiləm ki, adım hardasa hallansın. O videodakı mənim həyat yoldaşım deyil. Biz dövlət nümayəndəsiyik, ürəyi dövlətlə döyünən adamlarıq. Əgər mənim səhvim varsa və o səhvi kimsə hardasa deyirsə, ona nə deyə bilərəm? Mən belə şeylərlə maraqlanmıram. O vaxt maraqlanaram ki, kimsə internetə dövlətin əleyhinə nəsə qoymuş olsun. Siz o videonu çəkən adamdan soruşun ki, hansı əsasla orada filankəsin olduğunu iddia edirsiz?"

Qeyd edək ki, iki gün öncə sosial şəbəkələrdə yayılan videoda əslən Samux rayonundan olan direktor Arzu Əliyevanın valideynlə əlbəyaxaya çıxdığı bildirilirdi. Həmçinin qeyd edilirdi ki, sözgedən direktor mütəmadi olaraq valideynlərlə və pedaqoji heyətlə bu kimi problemlər yaşayır. 

Qeyd edək ki, A.Əliyeva  Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır.


25 Apr 2019
Cəmiyyət

Bakıda toy yasa döndü - VİDEO

Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib. 

25 Apr 2019
Cəmiyyət

Sel Cəlilabad-Yardımlı yolunda körpünü dağıtdı - VİDEO

Dünəndən etibarən çaylarda suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.

24 Apr 2019
Cəmiyyət

Azərbaycanda 60 nəfər DƏHŞƏTLİ xəstəliyə yoluxdu - Bilən hər kəs onlardan QAÇIR

Əyilən barmaqlar, itirilən hissiyat, hər tərəfi yara və çürüyən bədən… Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi...

24 Apr 2019
Cəmiyyət

Peyvənd bütün vətəndaşlar üçün pulsuzdur— Baş pediatr

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan milyon dozalarla peyvənd alır ki, bu da ona ucuz başa gəlir"