NRYTN-in dəstəyi ilə yaradılmış robotexnika laboratoriyası artıq öz faydasını verir

NRYTN-in dəstəyi ilə yaradılmış robotexnika laboratoriyası artıq öz faydasını verir
11 Fev 2019 10:50

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə ötən il 23 nömrəli tam orta məktəbdə yaradılmış “Robopark” robotexnika laboratoriyasında təcrübə qazanan Xanzadə Sahib Zülfiqar oğlu “Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak edəcək.  
 
23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi olan Xanzadə Sahib sözügedən müsabiqəyə “Ağıllı eynək - Eyecare” adlı layihəsini təqdim edib.
 
Sözügedən layihə Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə buraxılan layihələr sırasında yer alıb. 
 
Qeyd edək ki, “Robopark” robotexnika laboratoriyasında 7-9-cu sinif şagirdləri üçün informatika, proqramlaşdırma və robot texnikası üzrə dərnək şəkilində məşğələlər təşkil olunur, robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədilir. Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağın artırılması, robot texnika üzrə prototiplərin hazırlanması və eyni zamanda sınaqların keçirilməsinə imkan yaratmaqdır.
 
Göründüyü kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə belə bir laboratoriyanın yaradılması artıq öz faydasını verməkdədir.
 
Məlumat üçün bildirək ki, “Sabahın alimləri” müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 12-14 fevral tarixlərində keçiriləcək.
 
Müsabiqənin təşkilində məqsəd ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir.
 
Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Realpress.az


23 Avq 2019
İT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşları qəbul edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.  

23 Avq 2019
İT

“iPhone” və “Samsung” smartfonlarında şüalanma səviyyəsi rəsmi normadan yuxarıdır

Son 3 ildə çıxarılmış “Apple” və “Samsung” smartfonları bəzən ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən müəyyənləşdirilmiş normadan daha güclü radio dalğalar saçır. Bu haqda “Chicago Tribune” qəzetinin araşdırılmasında deyilir.

23 Avq 2019
İT

“Android” sisteminin adlandırılması sxemi dəyişdiriləcək

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfinə adlandırılması ənənəsindən imtina edəcək.

23 Avq 2019
İT

İnsanı onun siluetinə görə müəyyənləşdirə və hərəkət trayektoriyasını izləyə bilən yeni texnologiya hazırlanıb

Rusiyanın “NtechLab” şirkəti insanı onun siluetinə görə tanıyan və şəhərdə hərəkət trayektoriyasını izləyən yeni texnologiya hazırlayıb. Bu haqda şirkətin baş direktoru Aleksandr Minin deyib.

23 Avq 2019
İT

Yeni “Samsung” smartfonları təqdim edilib

“Samsung” şirkəti “Galaxy A50s” və “Galaxy A30s” smartfonlarını nümayiş etdirib. Orta qiymət seqmentinə aid qurğular barmaq izi skaneri ekran altında yerləşən 6,4 düym diaqonallı displeylərlə təchiz edilib.