Baş nazir Milli Məclisdə hesabat verəcək

Baş nazir Milli Məclisdə hesabat verəcək
11 Fev 2019 10:47


Sabah, fevralın 12-də Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində parlamentin ikinci plenar iclası keçiriləcək.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasın gündəliyinə ilkin olaraq, 38 məsələ, o cümlədən, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın - Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi - hesabatı daxil edilib.

Hesabatla ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək.

Qeyd edək ki, bu ay parlamentin daha bir - üçüncü plenar iclasının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, mart ayında da parlamentin ən azı iki plenar iclasının baş tutması gözlənilir.

Belə ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin 5-ci iclasından gec olmayaraq (Novruz bayramına kimi - red.), Nazirlər Kabinetinin illik hesabatı dinlənilməlidir.
Bu il də məhz belə olacaq.

Yaz sessiyasının mart ayının 15-nə nəzərdə tutulan 5-ci iclasında hökumət adından baş nazir Novruz Məmmədovun hesabatı dinləniləcək.

Qeyd edək ki, baş nazir kimi N.Məmmədov ilk dəfə parlamentarilər qarşısında hesabatla çıxış edəcək.

Baş nazirin hesabatında bütün hökumət üzvləri - birinci vitse-premyer və vitse-premyerlər, o cümlədən, hökumətə daxil olan nazirlər, komitə sədrləri, konsern, dövlət şirkətlərinin prezidentləri və ASC-lərin sədrləri iştirak edəcəklər.

Hesabat cəmi bir gün müzakirə ediləcək və təsdiqlənəcək.

Xatırladaq ki, yaz sessiyası mayın 31-də başa çatacaq.

Həmin vaxta kimi parlamentin daha bir neçə plenar iclası, ailə-məişət zorakılığı, vərəm, şəkər xəstəlikləri, icbari tibbi sığorta və sair məsələlər ilə bağlı ictimai dinləmələri keçiriləcək, o cümlədən, Ombudsman Elmira Süleymanovanın və İnsan alverinə qarı mübarizə üzrə Milli Koordinatorin, daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun illik hesabatları dinləniləcək və təsdiqlənəcək.


19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.