Daha bir bank gəlirlərinin artdığını və mənfəət açıqladı

Daha bir bank gəlirlərinin artdığını və mənfəət açıqladı
21 Yan 2019 12:55

“NBC Bank” ASC 2018-ci ili 1 milyon 150 min manat xalis mənfəət ilə başa vurub.

Realpress.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “NBC Bank”ın cəmi gəlirləri 20 milyon 957 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 571 min manat, qeyri-faiz gəlirləri 3 milyon 386 min manat təşkil edib. Bank 20 milyon 957 min manat cəmi gəliri əldə etmək üçün 18 milyon 683 min manat xərc çəkib və yekunda 2 milyon 274 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 1 milyon 124 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırılıb. Nəticədə “NBC Bank” ötən ili 1 milyon 150 min manat xalis mənfəət ilə bağlayıb.

2017-ci illə müqayisədə “NBC Bank”ın faiz gəlirləri 26,5%, qeyri-faiz gəlirləri 7,8% artıb. Bank 2017-ci ildə 13 milyon 894 min manat faiz, 3 milyon 142 min manat qeyri- faiz gəliri əldə etmişdi.

BANK BÖYÜYÜB

31 Dekabr 2018-ci il tarixində “NBC bank” 283 milyon 376 min manat cəmi aktivlərə, 225 milyon 274 min manat cəmi öhdəliklərə və 58 milyon 103 min manat cəmi balans kapitalına malik olub. Bank 2017-ci ilin sonunda 204 milyon 125 min manat cəmi aktivlərə, 147 milyon 285 min manat cəmi öhdəliklərə və 56 milyon 839 min manat cəmi balans kapitalına malik idi.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

İllik müqayisədə “NBC Bank”ın kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) təxminən 50 milyon manat və ya 32% artaraq 204 milyon 469 min manata çatıb. 2017-ci ilin sonunda “NBC Bank”ın müştərilərə verdiyi kreditlər 154 milyon 396 min manat təşkil etmişdi.

“NBC Bank”da depozitlər isə 43,9% artaraq 2017-ci ilin sonundakı 73 milyon 969 min manatdan 2018-ci ilin sonunda 106 milyon 426 min manata yüksəlib.

31 Dekabr 2018-ci il tarixində “NBC Bank” 57 milyon 88 min manat məcmu kapitala malik olub.













13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.