Bu gün AŞPA-nın sədri seçiləcək

Bu gün AŞPA-nın sədri seçiləcək
21 Yan 2019 11:52


Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır. Sessiya 25 yanvara qədər davam edəcək və bu müddət ərzində parlamentarilər bir çox məsələləri, KİV obyektivliyi və azadlığından başlayaraq hüquqşünaslıq, təhlükəsizlik və internet kontekstləri çərçivəsində insan hüquqlarının qorunması məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Realpress.az TASS-a istinadən xəbər verir ki, sessiyanın ilk günündə iştirakçılar nümayəndə heyətlərinin tərkibini təsdiq edəcəklər və AŞPA-nın sədrini seçəcəklər.

Təşkilatın mətbuat xidmətindən bildirilib ki, hələlik yalnız bir namizədin, hazırkı sədr Lilian Mori Paskyenin namizədliyi nəzərdən keçirilir.

Təşkilatın müşahidəçilərinin Gürcüstanda prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistanda parlament seçkilərinin (9 dekabr) yekun rəyləri təqdim olunacaq. Növbəti günlərdə referendumlar haqqında Venesiya komissiyasının kodeksinə düzəlişlərin edilməsi, insan haqlarının pozulmasına görə sanksiyaların effektivliyi, Avropa Şurası ölkələrində şəriət qaydalarının tətbiqi məsələləri müzakirə olunacaq.

İnsan hüquqlarının qorunması problemi terrorla mübarizənin müzakirələri zamanı da diqqət mərkəzində olacaq. Bu cür cinayətlərə aidiyyəti olan və ya şübhəli bilinən şəxslərin vətəndaşlıqdan məhrum edilməsi praktikası məsələsi də müzakirə olunacaq.

Həmçinin, azad və açıq internet haqqında müzakirələr zamanı fundamental hüquqlar məsələsinə toxunulacaq. Bu müzakirələr bəzi onlayn platformaların istifadəçiləri genişmiqyaslı izləməkdə, onların şəxsi məlumatlarının toplanılması və işlənilməsinin yolverilməz olduğunu söyləyən təşəbbüskarlar tərəfindən irəli sürülüb.

Qış sessiyası çərçivəsində Finlandiya prezidenti Sauli Niinistyonun çıxışı, bu ölkənin xarici işlər naziri Timo Soyninin Avropa Şurası Nazirlər Komitəsinin bəyanatını oxuması gözlənilir. 25 yanvar tarixinə qədər nümayəndəliklər İnsan hüquqları üzrə Avropa Məhkəməsinə yeni hakimləri də seçməlidirlər ki, bunun üçün də İtaliya və İsveç hərəyə üç namizəd irəli sürüblər.

Rusiya artıq ardıcıl üçüncü ildir ki, AŞPA sessiyalarına öz nümayəndə heyətini göndərməkdən imtina edir. Buna səbəb assambleyanın reqlamentində milli nümayəndəlikləri əsas səlahiyyətlərindən məhrum edən sanksiya maddələrinin qalmasıdır.

2014-2015-ci illərdə Krımın Rusiyaya birləşdirilməsindən sonra rusiyalı deputatlar və senatorlar səs vermək hüququndan, Avropa Şurasının müşahidəçi missiyalarında iştirak etmək və AŞPA-nın rəhbər orqanlarının tərkibinə daxil olmaq hüquqlarından məhrum olublar.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.