Məlahət Abbasova aparıcını fırıldaqçılıqda İTTİHAM ETDİ:Gəncləri aldadırsınız

Məlahət Abbasova aparıcını fırıldaqçılıqda İTTİHAM ETDİ:Gəncləri aldadırsınız
21 Yan 2019 10:39

Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasova aparıcı Vüsalə Səid Əyyubqızını fırıldaqçılıqda ittiham edib.

Realpress.az xəbər verir ki, buna səbəb aparıcının təşkil etdiyi "Sinemanın kral və kraliçesi" yarışmasıdır. 

Belə ki, aparıcı ötən il Türkiyədə baş tutan layihənın Azərbaycan üzrə təşkilatçısı olub. O, seçim turu keçirərək iki gənci Türkiyəyə aparıb. 

Bu il isə hər il Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi “Sinema güzeli” yarışmasının Bakıda seçim turu keçiriləcək və layihə rəhbəri aparıcı Aysel Nazim olacaq. 

Bakı seçimləri ilə bağlı münsif olan Əməkdar artist Anar Heybətov gecə ilə bağlı paylaşım edib. Onun statusuna Məlahət Abbasova şərh yazaraq ötən il gənclərin aldadıldığını bildirib: 

"Keçən il də olmuşdu. İndi haradadırlar? Onlardan xəbər var? Bildiyim qədər müsabiqəyə qatılanlardan pul alırlar, yalandan insanlara ümid verirlər. Bunu heç kimə məsləhət görmürəm. Mən Türkiyədə yaşayıram. Burada kifayət qədər yeni simalar var. Gəncləri aldadırsınız".

Aysel Nazim isə Məlahət Abbasovaya belə cavab verib:

"Keçən il olan biz deyildik və onlar insanları aldatmışdılar. Bununla bağlı bu gün yütərincə toplantımız oldu. Bu sözləri o şəxsə yazın".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.