Halldorsson Qarabağı İslandiya çempionuna dəyişir

Halldorsson Qarabağı İslandiya çempionuna dəyişir
21 Yan 2019 09:29

"Qarabağ"dan ayrılmaq fikrində olduğunu bir müddət öncə açıqlayan islandiyalı qapıçı Hannes Halldorson ölkəsinə geri dönə bilər.

Realpress.az sportal.az-a istinadən xəbər verir ki, 34 yaşlı əlcək sahibi İslandiya çempionu "Valyur"la danışıqlar aparıb. Məlumata görə, tərəflər anlaşıb.

Halldorssonun agenti Olafur Qarrdarsson qolkiperin "Valyur"la danışıqlar aparıdığını təsdiq etsə də, rəsmi anlaşmanın olmadığını vurğulayıb: "Hannes  "Valyur"la danışıqlar aparır. Önümüzdəki günlərdə və ya aylarda o, klubunu dəyişə bilər.

İsveç, Norveç və digər ölkələrdən təkliflər var, ancaq onun "Qarabağ"la 18 ay müqaviləsi qalıb. Onu transfer etmək üçün çox iş görmək lazımdır. "Reykyavik"lə "Valyur" Halldorssonu transfer etmək istəyən klublardır. Ancaq yenə deyirəm, rəsmi məsələ yoxdur".

Qeyd edək ki, Ağdam klubu Halldorssonu ötən yay Danimarkanın "Randers" klubundan transfer edib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.