Mirşahin:Mirzə Xəzərin dili indi Sevinc Osmanqızının... (VİDEO)

Mirşahin:Mirzə Xəzərin dili indi Sevinc Osmanqızının... (VİDEO)
21 Yan 2019 09:23

O zaman insanları küçələrə çıxaran, tankların, zirehli maşınların altına dəvət edən məhəlli liderlərin bir qrupu bu gün də meydandadır. Amma ortada bir neçə fərq var. O zaman hədəf Sovet İttifaqı, imperiya idi. 

Hamı bilirdi ki, yaxşı halda Moskva Azərbacyanın haqlı tələblərinə qulaq asacaq və Qarabağ Azərbaycanda qalacaq. Pis halda isə SSRİ dağılacaq və Azərbaycan nəhayət müstəqil olacaq. Necə deyərlər o zamankı müxalifətin dağıdıcılıq-tarmar mahiyyəti anlaşılan, hətta təqdirəlayiq idi. Necə dəyərlər, məqsəd vasitəyə bəraət verirdi. Bu gün də meydana çağıran qüvvələr elə həmin o köhnələrdir.

Yenə də eyni qüvvələr insanları, amma bu dəfə də asılı sovet vətəndaşlarını yox, müstəqil Azərbaycan vətəndaşlarını küçələrə, itaətsizliyə, dağıtmağa, çevirməyə çağırır. Amma indi söhbət imperiyadan yox, müstəqil Azərbaycandan gedir. O zaman müvafiq qurumların maliyyələşdirdiyi “Azadlıq” radiosu Azərbaycanın xalq hərəkatını guya dəstəkləyirdi, Mirzə Xəzər ağlamalı səslə matəm reportajları verirdi, 20 yanvara mərsiyələr oxunurdu.

Burda isə azərbaycanlılar Mirzə Xəzərə imamzaman, ya da efirzaman kimi yanaşır, ona yalvarıb-yaxarırdılar. Daha o qovhaqovda heç kimin yadına düşmürdü ki, axı əsas məqsəd Azərbaycanı azad görmək deyil, SSRİ-ni dağıtmaqdır. İndi də təxminən vəziyyət eynidir. Amma Mirzə Xəzərin dili indi Sevinc Osmanqızı, Qənimət Zahid, orduxan, qurban, vidadi kimi damaqların arasındadır. Hədəfdə isə özgə, yad Sovet İttifaqı deyil, özümüzünkü, doğma müstəqil Azərbaycan dövlətidir. Və o zaman SSRİ-nin müstəqilliyinin, qüdrətli olmasının kimlərəsə sərf etmədiyi kimi, bu gün də Azərbaycanın güclü, müstəqil olması, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən rəqib qruplar və koalisiyaları qıcıqlanıdırır.

Elə ona görə də o zaman olduğu kimi hücumlar bu gün də də davam edir. Avropa Parlamentinin Azərbaycana özülü möhkəm ev yox, Osmanqızına layiq otel, qurbana layiq dırnaqarası qiblə, ac bir mehmanxana kimi yanaşması elə bu baxışların nəticəsidir. İndi bəlkə də bizi romantika aparır deyir, fərqində deyilik, amma xatırlamaq bəd olmazdı, 1990-cı ilin 20 yanvar müdaxiləsinə Amerika Birləşmiş Ştatları da öz töhfəsini vermişdi.

Con Kerri başda olmaqla bir qrup Qorbaçovdan tələb etmişdi ki, Azərbaycanda hüquqları qorunan erməniləri müdafiə etməkdə, tədbir görməkdə tələsin. Yəni bu gün baş verənlərlə 20 il əvvəl olanların heç bir strateji fərqi yoxdur. Onda da bir qrup guya Azərbaycana azadlıq arzulayırdı, onda da bir qrup guya Azərbaycanın azad ruhuna dəstək verirdi, amma eyni zamanda onda da bir qrup SSRİ rəhbərliyindən ermənilərə kömək istəyirdi. Yəni fəlsəfə dəyişmir.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.