UEFA Avropanın ən varlı klubunu açıqladı

UEFA Avropanın ən varlı klubunu açıqladı
18 Yan 2019 15:08


Avropa Futbol Assosiasiyası Birliyi (UEFA) klubların maliyyə vəziyyətinə dair məlumatları açıqlayıb. 

Realpress.az xəbər verir ki, bununla bağlı “Reuters UK” məlumat yayıb. 

UEFA bunun üçün 2017-ci ildəki məlumatlardan istifadə edib. Məlumatlara əsasən, gəlirlərinə görə İngiltərənin “Mançester Yunayted” klubu siyahıda lider olub. “Qırmızı şeytanlar” il ərzində 676 milyon avro qazanıb.

İkinci yeri Madridin “Real” klubu, üçüncü yeri isə Münhen “Bavariya”sı tutub. Ümumilikdə İngiltərə Premyer liqasında çıxış edən 20 komandanın gəliri, yəni 5,3 milyard avro Avropa komandanlarının gəlirinin 25 faizini təşkil edir. 

Bununla yanaşı, “Yunayted” azarkeşlərdən əldə edilən qazanc baxımından ən müvəffəqiyyətli klub deyil. Bu siyahıda Fransanın PSJ klubu liderdir. Klub hər bir azarkeşdən 86,9 avro qazanıb. “Mançester Yunayted” bu siyahıda altıncı olub.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.