Acun xərçəng xəstəsi gəncin arzusunu reallaşdırdı — VİDEO

Acun xərçəng xəstəsi gəncin arzusunu reallaşdırdı — VİDEO
18 Yan 2019 14:39

Acun İlıcalı xərçəng xəstəsi olan Caner Güdük adlı gəncin arzusunu ürəyində qoymayıb.

Realpress.az xəbər verir ki, Caner “O səs Türkiyə” müsabiqəsində iştirak etmək istəyib və Acun onu səhnəyə çıxarıb.

Xərçəng xəstəliyi ilə mübarizə aparan 16 yaşlı Canerin ən böyük arzusu “O səs Türkiyə” səhnəsinə çıxıb mahnı oxumaq idi. Onun çağırışı cavabsız qalmayıb.

Caner istəyini bir video çarx vasitəsilə sosial şəbəkədə yayıb. O, saz ilə mahnı ifa etdiyini və ölmədən əvvəl son arzusunun “O səs Türkiyə” müsabiqəsində mahnı oxumaq olduğunu bildirib. Acun isə onun arzusunu reallaşdırıb. 

“O səs Türkiyə”nin studiyasından foto paylaşan Caner yazıb:

“Nəhayət, arzuma çatdım. Dəstək verən hər kəsə təşəkkür edirəm”.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.