Qurban Qurbanov məğlubiyyəti dəyərləndirdi - VİDEO

Qurban Qurbanov məğlubiyyəti dəyərləndirdi - VİDEO
17 Yan 2019 16:13


Xəbər verdiyimiz kimi, “Qarabağ” dünən ilk yoxlama oyununda Macarıstanın “Uypeşt” klubuna 0:1 hesabı ilə məğlub olub. 

Realpress.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:

“İlk oyunumuz idi. Optimal formadan uzağıq, düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım, hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Amma texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik”.

Qeyd edək ki, “Qarabağ”ın yoxlama oyununda yeni transferlərdən Rişard Almeyda ilk dəqiqələrdən meydanda olub. Reynaldo isə məşqdə dizindən zədələnib deyə debüt edə bilməyib.

Xatırladaq ki, “Qarabağ” növbəti oyununu yanvarın 19-da Çexiyanın “Bohemians” komandasına qarşı keçirəcək. Həmin matçda Reynaldonun oynayacağı gözlənilir.



19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.