Türkiyədə yağan güclü qar Bingöl bölgəsində 48 kəndlə əlaqənin tamamilə kəsilməsinə səbəb olub.
Realpress.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bölgənin Karlıova rayonunda qarın qalınlığı iki metrə çatıb.
Bəzi yerlərdə evlər tamamilə qarın altında qalıb. Evlərə giriş-çıxışlar çətinləşib. Məktəblər tətilə buraxılıb.
Sakinlərin sözlərinə görə, bölgədə 15 gündən çoxdur ki, güclü qar davam edir.
Bildirilib ki, bəzi yerlərdə güclü külək müşahidə edilir. Sinoptiklər küləyin gücünün saatda 24 kilometrə çatdığını qeyd ediblər.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.