Football Leaks saytının rəhbəri həbs olundu

Football Leaks saytının rəhbəri həbs olundu
17 Yan 2019 12:21

"Football Leaks" layihəsinin təsisçisi Rui Pintu həbs olunub.

Realpress.az report-a istinadən xəbər verir ki, portuqaliyalı haker Macarıstanın paytaxtı Budapeştdə saxlanılıb. O, Lissabonun "Benfika" klubunun elektron sənədlərini oğurlamaqda ittiham olunur. Bu səbəbdən Pintunun vətəninə ekstradisiya ediləcəyi bildirilir.

Günahı sübuta yetiriləcəyi təqdirdə hakerin 10 il müddətinə azadlıqdan mərhumetmə cəzası alması mümkündür.

Qeyd edək ki, Rui Pintu redaksiyası Budapeştdə yerləşən "Football Leaks" nəşrini 2015-ci ildə təsis edib. Bu sayt futbol sektorunda məxfi maliyyə sənədlərini dərc etməklə məşhurlaşıb. Həmin sənədlər arasında FİFA-da korrupsiya hallarının olması da əksini tapıb.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.