Qırğızıstanda məmur geyiminə görə parlamentdən qovuldu - VİDEO

Qırğızıstanda məmur geyiminə görə parlamentdən qovuldu - VİDEO
17 Yan 2019 11:18


İlkin peşə təhsili agentliyinin əməkdaşının xarici görünüşü Qırğızıstan parlamentinin deputatlarının qəzəbinə səbəb olub və o, toplantı zalını tərk etməli olub.

Realpress.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, Talantbəy Tınısov iclasa qalstuksuz gəlib.

Deputatlardan biri agentlyi kimin təmsil etdiyini soruşduqda, T.Tınısov ayağa qalxıb və bildirib ki, agentliyin maliyyə və mühasibat uçotu şöbəsini təmsil edir.

Parlamentari onun nəyə görə yay köynəyində gəldiyini soruşub. Tınısov əynində yay köynəyi yox, cemper olduğunu və xəstələnmiş rəhbərinin əvəzinə gəldiyini söyləyib.

“Joqorku Keneşdə (Qırğızıstan qanunverici orqanı) hansı paltar geyinmək lazım olduğunun yazıldığı reqlament mövcuddur. Bu nədir belə? Joqorku Keneş aparatı, siz hara baxırsınız? Rəhbərlik aparatı və Nazirlər Kabineti nümayəndəsi, bu nədir belə? Bazardır bura?”, - deyə vitse-spiker Mirlan Bakirov qəzəblənərək deyib.

O, əlavə edib ki məmurun adı dəvət edilənlər arasında yoxdur və ondan toplantı zalını tərk etməyi xahiş edib.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.