İnsanları salamlayan kürəşəkilli robot yaradılıb

İnsanları salamlayan kürəşəkilli robot yaradılıb
16 Yan 2019 14:51

İsrailin Herzliya Fənlərarası Mərkəzi və ABŞ-ın Kornell Universitetinin tədqiqatçılar qrupu məhdud imkanlara malik yeni tip robot hazırlayıb. Yeganə məqsədi insanları salamlamaqdan ibarət olan robot göz və əllərə malik olmamasına görə insan, heyvan və ya tipik robotdan seçilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, salamlama üçün qurğu yaradıcılarının məqsədi ətrafdakı insanların qeyri-verbal siqnallardan (məsələn, görmə kontaktı) istifadə etməyən robota necə reaksiya verəcəklərini müəyyənləşdirmək olub. Qurğu bütövlükdə voleybol topu ölçüsündə olan ağ kürəcik şəklindədir. Onun daxilində insanın yaxınlığının müəyyənləşdirilməsi üçün elektron ötürücülər və maqnit uclu idarəetmə mexanizmi quraşdırılıb. Maqnit kürə daxilində hərəkət edərək böyük dairənin səthi üzərində hərəkət edən kiçik şarın hərəkətlərinə nəzarət edir.

Qurğunun mexanizmi “Ulduz müharibələri” filminin “BB-8” robotuna uyğun hazırlanıb. Mütəxəssislər xoş qəbul ediləcək robotlaşdırılmış salamlama üsulunun ixtirası üçün çoxlu ekspertlərlə məsləhətləşmələr aparıblar. Keçirilən sorğudan məlum olub ki, insanların əksəriyyəti kürəşəkilli robota müsbət münasibət bəsləyib.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.