Qubada evdən 1600 manat apardılar

Qubada evdən 1600 manat apardılar
16 Yan 2019 12:38

Evdən pul oğurlaya şəxs tutulub.

Realpress.az xəbər verir ki, Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev yanvarın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və 1600 manat pul oğurladığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.