“Neftçi”nin ÇL iştirakçısı ilə oyununun vaxtı bilindi - YENİLƏNİB

“Neftçi”nin ÇL iştirakçısı ilə oyununun vaxtı bilindi - YENİLƏNİB
15 Yan 2019 16:50

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” PFK hazırlıq çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi üç yox, dörd yoxlama oyunu keçirəcək.

realpress.az xəbər verir ki, buna səbəb İranın “Esteqlal” klubundan gələn təklifin müsbət dəyərləndirilməsidir. Komandamız yanvarın 20-də Tehran təmsilçisi ilə qarşılaşacaq. “Arslan Zəki Dəmirci” İdman Kompleksinin meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Xatırladaq ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komandamız hazırlıq çərçivəsində yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan” (Liberets, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

11:41

“Neftçi” İranın “Esteqlal” komandası ilə oyun keçirə bilər.

realpress.az xəbər verir ki, persianfootball.com saytı bu görüşün Antalyada baş tutacağını bildirib.

Görüşün dəqiq tarixi bəlli deyil.

“Neftçi”dən saytımıza verilən açıqlamada bu klubdan oyun keçirmək barədə onlara müraciət olunduğu təsdiqlənib. Lakin Bakı klubunun oyun proqramı əvvəldən tərtib olunduğundan, hələ bu barədə tam qərar verilməyib.

Qeyd edək ki, “Esteqlal” martda keçiriləcək Asiya Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə hazırlaşır. İranın bürünc mükafatçısı olan Tehran klubunu 2010/11 mövsümündə “Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.