Asiya Çempionlar Liqasında oynayan klub Neftçiyə təklif göndərdi

Asiya Çempionlar Liqasında oynayan klub Neftçiyə təklif göndərdi
15 Yan 2019 12:56


“Neftçi” İranın “Esteqlal” komandası ilə oyun keçirə bilər.

Realpress.az xəbər verir ki, persianfootball.com saytı bu görüşün Antalyada baş tutacağını bildirib.

Görüşün dəqiq tarixi bəlli deyil.

“Neftçi”dən saytımıza verilən açıqlamada bu klubdan oyun keçirmək barədə onlara müraciət olunduğu təsdiqlənib. Lakin Bakı klubunun oyun proqramı əvvəldən tərtib olunduğundan, hələ bu barədə tam qərar verilməyib.

Qeyd edək ki, “Esteqlal” martda keçiriləcək Asiya Çempionlar Liqasının qrup mərhələsinə hazırlaşır. İranın bürünc mükafatçısı olan Tehran klubunu 2010/11 mövsümündə “Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.