Tibb dünyasında yenilik — Bu üsul xərçəng xəstələrinə ümid olacaq

Tibb dünyasında yenilik — Bu üsul xərçəng xəstələrinə ümid olacaq
14 Yan 2019 17:27

Bazel universitetinin alimləri tibb dünyasında yeni kəşfə imza atıblar.

Realpress.az xəbər verir ki, “Medixalxpress”in məlumatına əsasən, alimlər döş xərçəngi zamanı metastazın yaranmasının qarşısını alan üsulu kəşf ediblər.

Mütəxəssislər 2486 birləşmə üzərində geniş sınaqlar keçiriblər və onların sirkulyasia edən şiş hüceyrələrinə təsirini müəyyən ediblər.

Epigentik nəzarət mexanizminin təsiri ilə bu hüceyrələr toxumaya yapşır . Nəticədə isə klasterlər yaranır və ikinci şişin yaranması ilə nəticələnir. Təcrübə zamanı “Na +/K + ATPase” inqibitoru aşkar edildi. Bu inqibitor prosesə mane olur. İnqibitor klasterlərini ayrı hüceyrələrə parçalayır və epigenetik requlyasiya prosesini dayandırır.

Təcrübə qrupunun rəhbəri Nikola Atseto deyib:

“Biz xərçəngə qarşı ümumi qəbul edilmiş mübarizə üsullarından fərqli olan üsul axtarmağa çalışırdıq. Nəticədə biz xərçəng hüceyrələrini məhv edən yox, onların birləşməsinin qarşısını alan preparat kəşf etdik”.

Alimlər qeyd edirlər ki, metastaz onkologiya ilə bağlı ölümlərin 90 faizinin səbəbidir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.