Qarabağ Rumıniya klubuna qarşı

Qarabağ Rumıniya klubuna qarşı
12 Yan 2019 09:25

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün  ilk yoxlama oyununa çıxacaq.

Realpress.az qol.az-a istinadən xəbər verir ki,  Ağdam təmsilçisini Rumıniyanın  "Botoşani"  klubu ilə qarşılaşacaq. Belek qəsəbəsindəki "Gloria Sport" otelinin qapalı meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 16-da Özbəkistanın "Paxtakor" klubuna qarşı keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

12 yanvar

Yoxlama oyunu

20:00. "Qarabağ" (Azərbaycan) - "Botoşani" (Rumıniya)


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.