Qanı duruldan vasitələr

Qanı duruldan vasitələr
12 Yan 2019 09:23

Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox duru olanda qanaxmaya meyillik olur, qatı olanda isə qanın normal dövranında problemlər əmələ gəlir, toxumalar lazımınca qidalana bilmir. Hər iki sistemin işinə qaraciyər cavabdehdir, ona görə də laxtalanma problemləri olanlar ilk növbədə qaraciyərin müalicəsi qayğısına qalmalıdırlar. Qanı durulaşdırmağa qidalanmadan başlamaq lazımdır, çoxlu ət qəbulu, az su içmək, az hərəkət etmək, çox duzlu və yağlı yemək qanın qatılaşmasına səbəb olur. Bunun əksinə, çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çoxlu çiy su içilməsi, tünd çay və tünd qəhvədən imtina edilməsi isə qanın durulmasına aparıb çıxarır.

Realpress.az AZƏRTAC-a istinadən qanı durulaşdıran bitkiləri və onların faydalı xüsusiyyətlərini təqdim edir.

Məkkəgülü - həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır. Onun yeməkdən sonra içilməsi məsləhətdir.

Sofora - müalicə üçün bitkinin qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Bu maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir.

Öksəotu - parazit bir bitkidir, ağacların gövdəsi üzərində bitir, onların hesabına qidalanır və ağacı qurudur. Təzyiqi çox təsirli şəkildə aşağı salır, kapilyar damarların keçiriciliyini yaxşılaşdırır.

Nanə - həm yaxşı əsəb sakitləşdirici, həm də qandurulaşdrıcı vasitədir. Dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır,

Zəncəfil - hər gün istifadə edilməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Kökdən qoz böyüklükdə hissə kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.

Sarıkök - dağılmış qaraciyər hüceyrələrini bərpa edir. Gündə iki dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.

Udi-hindi - qan durulducu və iltihab əleyhinə təsir göstərən güclü vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.

Biyan kökü - halsız xəstələri sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalı təsir göstərir.

Sarımsaq - qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.

Limon - həm qandurulducu, həm də damar elastikliyini artıran vasitədir, tərkibi C vitamini ilə zəngindir.

Hicama (qan almaq) olunmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

Zəli - zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılıb ki, bunların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.