Terabaytlıq SD yaddaş kartı təqdim edildi

Terabaytlıq SD yaddaş kartı təqdim edildi
12 Yan 2019 08:57

"Lexar" şirkəti ilk 1 TB-lıq "SD" yaddaş kartını təqdim edib. Kart ilkin sifariş üçün əlçatandır və onun qiyməti 399 dollar təşkil edir.
 
Realpress.az ICTnews-a istinadən bildirir ki, "Secure Digital" (SD) hazırda ən yığcam yaddaş kartı olmasa da, öz populyarlığını qoruyub saxlayır və fotoaparat, videokamera, dron və sairə kimi qurğularda istifadə edilir.
 
"Lexar" şirkəti tərəfindən təqdim edilmiş "SD" kartı "UHS-I" məlumat mübadiləsi protokolunu dəstəkləyir, "U3" və "V30" sürət kateqoriyaları üçün sertifikatlaşdırılıb. Bu o deməkdir, yeni yaddaş kartı saniyədə 30 meqabayt yazma sürətini dəstəkləyir. Həmçinin istehsalçı iddia edir ki, sınaqlar zamanı saniyədə 95 MB-dək yazma sürəti qeydə alınıb. Ümumilikdə saniyədə 30 meqabayt sürət 4K təsvir ölçülü videonun çəkilişi  üçün kifayətdir.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.