UNESCO: 2019-cu il kimyəvi elementlərin dövri sistemi cədvəlinə həsr olunur

UNESCO: 2019-cu il kimyəvi elementlərin dövri sistemi cədvəlinə həsr olunur
10 Yan 2019 13:16

Yanvarın 29-da Parisdə Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İlinin rəsmi açılışı keçiriləcək.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu ilin kimyəvi elementlərin dövri sistemi cədvəlinə həsr edilməsində məqsəd nəinki kimya, həmçinin fizika, biologiya və digər fundamental elmlərin əldə etdiyi uğurlarda bu cədvəlin rolunu vurğulamaqdır. 2019-cu ildə, həmçinin görkəmli rus alim Dmitri Mendeleyevin dövri sistem cədvəlini yaratmasının 150 ili tamam olur.

Xatırladaq ki, ötən il dekabrın 20-də BMT Baş Məclisinin 74-cü plenar iclasında 2019-cu il Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli elan edilib.

Beynəlxalq ilin rəsmi açılışı dövri sistem cədvəlinin bir çox aspektlərini, tarixini, elmi tədqiqatlarda qadınların qolunu, dayanıqlı inkişafa nail olmaq baxımından elmdə qlobal tendensiyaları və perspektivləri, həmçinin elmin sosial-iqtisadi əhəmiyyəti məsələlərini müzakirə etməyə əlverişli imkan yaradacaq.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.