Genetik modifikasiya olunmuş uşaqların yaradıcısını edam cəzası gözləyir

Genetik modifikasiya olunmuş uşaqların yaradıcısını edam cəzası gözləyir
09 Yan 2019 12:02

“The Telegraph”ın xəbərinə görə, guya genetik cəhətdən modifikasiya olunmuş körpələrin yaradıcısı sayılan çinli alim He Tszyankuy edam cəzasına məhkum edilə bilər.

AZƏRTAC “Qazeta.ru” saytına istinadla xəbər verir ki, 2018-ci ilin noyabrında alim ictimaiyyəti və elm aləmini şoka salaraq bəyan etmişdi ki, valideynləri QİÇS virusunun daşıyıcısı olan dünyaya gələcək körpələrin bu xəstəliyə yoluxmaması üçün onların embrionlarının genomunu dəyişib. Bir neçə elmi konfransda çıxış edən He Tszyankuy sonradan yoxa çıxıb. Onun körpələrin genomunu həqiqətən də dəyişməsi isə bugünədək məlum deyil. Alimin işlədiyi universitetdə də heç kimin bundan xəbəri olmayıb.

Hazırda alim Şençjen şəhərində həbsdə saxlanılır. Onunla görüşən alimlərin sözlərinə görə, He Tszyankuya qarşı Çində edam cəzası nəzərdə tutulan korrupsiya və rüşvət maddələri ilə ittiham irəli sürülə bilər. Bundan başqa, genetik modifikasiya olunmuş embrionlarla iş prinsipi onların insan orqanizminə köçürülməsini qadağan edir.

Tszyankuy genomun sıralanması texnologiyasının satışından 50 min dollar əldə edib. Mütəxəssislər güman edirlər ki, alimin öz tədqiqatlarını və eksperimentlərini maliyyələşdirməsi ağlabatan deyil. Bundan başqa, ixtisasca fizik olan Tszyankuyun genomla işləmək üçün digər mütəxəssislərin köməyinə ehtiyacı olub.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.