Parisdə Azərbaycan muğam triosunun konserti olacaq

Parisdə Azərbaycan muğam triosunun konserti olacaq
07 Yan 2019 10:27

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Azərbaycan muğam triosunun konserti olacaq.

AZƏRTAC xəbər verir ki, “Theatre des Abbesses” zalında keçiriləcək konsertdə Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edəcək.

Paris “Theatre de la Ville” teatrı ötən əsrin 90-cı illərindən Azərbaycan muğam ifaçılarını hər il proqramına daxil edir. Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərin yaddaşında əbədi həkk olunub.

Teatrın internet səhifəsində Azərbaycan muğam ifaçıları, eləcə də muğamımızın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən yazılıb. Yeni nəsil muğam ifaçıları formalaşdığı bildirilib.

“Theatre de la Ville” ABŞ, Hollandiya, İtaliya və digər ölkələrlə mədəniyyət layihələri həyata keçirir.

Realpress.az



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.