Deputat: Nizami Gəncəvi ilə bağlı məsələdə günahı özümüzdə aramalıyıq

Deputat: Nizami Gəncəvi ilə bağlı məsələdə günahı özümüzdə aramalıyıq
05 Yan 2019 14:11


Dahi Azərbaycan şairi Nizami Gəncəviyə münasibətdə bizi nigaran qoyan mövqelər səngimirsə, günahı ilk növbədə özümüzdə aramalıyıq.

realpress.az xəbər verir ki, bunu millət vəkili, akademik Rafael Hüseynov dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəzi müəlliflər, o cümlədən, ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən fars şairi kimi təqdim edilməsi cəhdlərinə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, Nizami Gəncəvi Azərbaycan xalqının iftixar qaynaqlarındandır.

“Əbədi vüqar və zövq daşıyıcılarımıza əlbəttə ki, həmişə ikiqat, üçqat həssaslıqla yanaşmalıyıq.

Nizamiyə münasibətdə bizi nigaran qoyan mövqelər səngimirsə, günahı ilk növbədə özümüzdə aramalıyıq.

Şəxsən mən bir ədəbiyyatçı, söz adamı olaraq ən əvvəl özümü suçlu sayıram.

Demək, az yazmışam, az demişəm, Azərbaycan sərhədlərindən kənarlarda Azərbaycan şairi Nizamini yetərincə və lazımi səviyyədə təqdim etməmişəm ki, belə istənilməz hallar ortaya çıxır.

Ona görə də mən özümü də, digər səriştəsi, imkanı, gücü çatanları da bu müqəddəs qoruyuculuq səmtində müdam səfərbər olmağa dəvət edirəm.

ABŞ dövlət katibinə rəsmən məktub yazıb göndərdim və ümid edirəm ki, cavab da alacağam...”, - deyə, akademik sözlərinə əlavə edib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.