Xalq artisti Ramiz Əzizbəyli ev şəraitində müalicəsini davam etdirir.
Bu barədə “Qafqazinfo”ya aktyorun qızı Cəlalə Əzizbəyli məlumat verib. O, açıqlamasında bildirib ki, sənətkarın digər ayağının damarlarında da tıxanma var:
“Yeni ildən etibarən xəstəxanada yox, evdədir. Şükür ki, vəziyyəti yaxşıdır. Bir ayağındakı barmaqlar amputasiya olunub. Digərinə keçmə ehtimalı var. Onsuz da digər ayağı müalicə olunmalıdır, çünki tıxanmalar var. İnşallah müalicə olunacaq. Həkim özü şəxsən nəzarət edir”.
Realpress.az
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.