Burunda poliplər: niyə yaranır, xərçəngə çevrilirmi? - Müalicə, yoxsa yandırmaq?

Burunda poliplər: niyə yaranır, xərçəngə çevrilirmi? - Müalicə, yoxsa yandırmaq?
25 Dek 2018 09:09

Yuxarı tənəffüs yollarının xoşxəssali yeni törəməsi olan polip indi geniş yayılıb, hətta 14-16 yaşlı yeniyetmələrdə də rast gəlinir. 

Polipin yaranma səbəbləri çoxdur: travmalar, qəzalar, daha çox idmançılarda, anadangəlmə burun çəpəri əyriliyi, xroniki iltihabi proseslər, göbələk infeksiyaları, allergiyalar, bronxial astma, kistlər, Kartagener sindromu və s.

Formasına görə göbələyə oxşayır, noxud, lobya böyüklüyündə ola bilir. 

Realpress.az medicina.az-a istinadən insanlar arasında qorxu ilə qarşılanan və bəzən həkimlərin də pasiyentlərdə polip tapan kimi həyəcanlandırdığı şişlər barəsində araşdırmanı təqdim edir.

Burunda polip olmasının əlamətləri:

Tənəffüsün çətinləşməsi, xüsusən yuxuda və səhər tezdən, irinli, sulu axıntı, burnun arxa divarından boğaza axıntı, qoxu və dadbilmənin itməsi, burnun içində sanki yad cisim qalması hissi, başda, alında ağrı, gözlərin ağrıması, yaşarması.

Diaqnostika: 

LOR həkim müayinəsində burun və boğaza endoskopik baxış, rentgen, lazım gəldikdə KT çəkimi, bəzi analizlər, yaxma. Törəmənin xarakterindən asılı olaraq histoloji müayinə. 

Müalicə

Ağırlıqdan, polipin yerləşməsi və xarakteristikasından asılı olaraq həkim ya konservativ - dərman müalicəsi, ya da cərrahi müalicəni seçib məsləhət görür. Dərman müalicəsi hormonalı nazal dərmanların, antihistamin preparatların, burnun yuyulması, hormonal terapiya ilə aparılır. Lazım gələrsə antibiotiklər təyin edilir.

Cərrahi əməliyyat isə endoskopik metodla poliplərin ləöv olunmasıdır. Hazırda poliplərin lazerlə yandırılması metodu geniş yayılıb. Bu metod hər xəstəyə tətbiq olunmur. Amma polip götürüldükdən sonra yenidən yaranma riski də var. 

Polip yaranmaması üçün nə etməli?

Vaxtında burun və yuxarı tənəffüs orqanlarının infeksion, iltihabi, xroniki xəstəliklərini, eləcə də dişləri vaxtında müalicə etdirmək lazımdır. İldə bir dəfə profilaktik məqsədlə LOR həkim müayinəsindən keçməli.Kişilərdə polip yaranması və riski qadınlardan 4 dəfə çoxdur. 

QEYD: Poliplərin bir maraqlı cəhəti və təhlükəsi var ki, xəstənin ömrünü 6-7 il qısalda bilir. Çünki polipi olan insan məcbur olub ağzı ilə nəfəs alır, bununla da ağciyərlərə yük düşür, mikrob və bakteriyalar daha çox keçir və burundan tam nəfəs almadığına görə, ürək, beyin lazımi qədər oksigenlə təmin olunmur. Bu xəstələr bəzən gecə boğulmadan halı dəyişə bilər, astmaya tutula bilər. 

Olmaz:

Polip olan burunu isitmək, isidici nəsə qoymaq, inhalyasiya etmək olmaz. Bu təhlükəlidir. 

Polip xərçəngə çevrilirmi?

Bu mövzuda həkimlər iki tərəfə bölünüb: bir qrup polip görən kimi həyəcan təbili çalıb, xəstəni də qorxudur. Digərləri isə bunu istisna edir. Amma ola bilər ki, polip və burnun iltihabi xəstəlikləri müalicə olunasın, ağırlaşsın və orda şiş hüceyrələri tamam ayrı patologiya yaratsın. Yəni burun da xərçəng yaranan orqandır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.