Bakı Xoreoqrafiya Akademiyasında növbəti konsert

Bakı Xoreoqrafiya Akademiyasında növbəti konsert
20 Dek 2018 12:38

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində bəstəkar, beynəlxalq müsabiqələr laureatı, akademiyanın musiqi fənləri kafedrasının müəllimi, dosent Lalə Cəfərovanın müəllif konserti olub.

BXA-dan AZƏRTAC-a bildirilib ki, konsert çərçivəsində AzTV-nin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin solisti Şeyda Ələsgərova, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti, respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev, Bakı Xoreoqrafiya Akademiyasının dosenti, respublika müsabiqəsi laureatı Nigar Ağayeva, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Turanə İsayeva, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solisti Camal Bayramlı, Niyazi adına Dövlət Simfonik Orkestrinin solisti Akif Rəhimov, Bakı Xoreoqrafiya Akademiyası incəsənət fakültəsində musiqi sənəti ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Lalə Musayeva, həmçinin akademiyanın instrumental ifaçılıq və musiqi müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələri L. Cəfərovanın müəllifi olduğu “Karvan və rəqs”, “ Dəniz və tokkato”, “Rüstəm və Söhrab”, “Blyuz” və digər musiqi kompozisiyalarını səsləndiriblər.

Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.