Məktəblərdə Kiçik akademiyaların fəaliyyəti təkmilləşdirilir

Məktəblərdə Kiçik akademiyaların fəaliyyəti təkmilləşdirilir
14 Dek 2018 11:05

Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd “Kiçik akademiya” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə BŞTİ-nin əməkdaşları, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Kiçik akademiya”nın prezidenti, kimya-biologiya elmləri üzrə fəlsəfə doktoru Ariz Məmmədov, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə 291 nömrəli ekologiya liseyinin direktoru Kəmalə Mirzoyeva açıq elan edərək liseyin “Kiçik akademiya”sı barədə ətraflı məlumat verib.

BŞTİ-nin sektor müdiri Anar Qədiməliyev çıxışı zamanı “Kiçik akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini nəzərə çatdırıb.

Çıxış edən digər qonaqlar elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik akademiya”ların müsbət rolu olduğunu bildiriblər.

Tədbirdə 291 nömrəli ekologiya liseyinin şagirdi Fərman Hüseynovun “Zirə ilançılıq kombinatının bağlanılmasının mənfi cəhətləri”, 39 nömrəli tam orta məktəbin şagirdi Simuzər Şıxməmmədbəyovanın “Heyvanların bioexolokasiyası”, 258 nömrəli tam orta məktəbin şagirdi Nigar Novruzlunun “Cənnət Qarabağda itirdiklərimiz”, 57 nömrəli tam orta məktəbin şagirdi Aydan Ağalarzadənin “Kristal və kristoloqrafiya” mövzularında məruzələri dinlənilib.

Sonda tədbirdə fəal iştiraka görə şagirdlərə fəxri fərmanlar verilib.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.