Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildirdi

Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildirdi
11 Dek 2018 16:17

“Təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər”.

Realpress.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ə.Əhmədov bildirib ki, beynəlxalq təşkilatların yanlış yanaşlmaları Ermənistanda keçirilən və ciddi pozuntularla müşayiət olunan seçkilərə biganə qalmalarında özünü göstərir. Onun fikrincə, seçkiləri müşahidə edən beynəlxalq qurumlar nöqsanlara münasibəti açıq şəkildə ifadə etməməklə ikili standartlar nümayiş etdirir.

"Yəqin ki, beynəlxalq təşkilatların ikili standartları insanların, sadə əhalinin münasibətinə o qədər də təsir etmir. Ermənistanda ciddi pozuntularla baş verən seçkilərin nəticələrinə sadə erməni xalq öz etirazlarını bildirir və bundan sonra da bildirəcək. Bununla da, beynəlxalq təşkilatların ikili standartları növbəti dəfə ifşa olunacaq. Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmirlər", - deyə baş nazirin müavini qeyd edib.


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.