Rusiya “Google”u cəzalandırdı

Rusiya “Google”u cəzalandırdı
11 Dek 2018 15:44


Rusiyada “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sferasında Federal Nəzarət Xidməti) “Google” şirkətini cərimələyib.

Realpress.az Gazeta.ru-ya istinadən xəbər verir ki, buna səbəb axtarış saytının qanuna zidd olan informasiyalara istinadlar (linklər) göstərməsidir.

“Roskomnadzor”un rəhbəri Aleksandr Jarov “Google”ın 500 min rubl məbləğində cərimələndiyini açıqlayıb.

İddiaya görə, sözügedən dövlət orqanı axtarış saytından qanuna zidd informasiyanın olduğu saytlara yönləndirən linklərin kənarlaşdırılmasını tələb etsə də, “Google” buna məhəl qoymayıb və müvafiq qərar çıxarılıb.


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.