Marsa uçuş kosmonavtların ömrünü 2,5 il azaldacaq

Marsa uçuş kosmonavtların ömrünü 2,5 il azaldacaq
11 Dek 2018 15:06

Marsa uçuş kosmik radiasiyanın təsiri nəticəsində kosmonavtların ömrünü təxminən 2,5 il azalda bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Marsa ekspedisiya riskləri kosmik biologiyalar və tibb üzrə Moskvada keçirilən XVII konfransın iştirakçıları tərəfindən qiymətləndirilib. Mütəxəssislərin hesablamalarına görə, Yerdən Marsa uçuş müddəti 2 il təşkil edəcək. Kosmonavtlar üçün planetlərarası səyahət və 4 ilkin orbital uçuşdan sonra radiasiya riskinin ümumi həcmi təqribən 12 faizə çatacaq. Rusiyada kosmonavtın karyerası ərzində mümkün radiasiya riski üçün müəyyən edilən hədd 10 faizə bərabərdir.

Hazırda Marsa yalnız pilotsuz missiyalar uçur. Noyabrda “Mars InSight” aparatı Qırmızı planetə çatıb. Zondun əsas vəzifəsi Marsın daxili quruluşunun və planet təkində geoloji proseslərin tədqiqindən ibarətdir. Zond bir neçə cihaz, iki kamera, hava ötürücüsü və künc reflektoru ilə təchiz edilib. Aparatın əsas alətləri tektonik aktivliyin ölçülməsi və meteoritlərin düşməsinin qeyd edilməsi üçün nəzərdə tutulan “SEIS” seysmometri, eləcə də “HP3” elektromexaniki burovudur. Hər iki alət eniş platformasının yanında işləyəcək. Onları platformaya 2,4 metr uzunluğunda “IDA” robotlaşdırılmış əl yerləşdirəcək.

Missiyanın planı 5 metr dərinliyində quyunun qazılmasını nəzərdə tutur. Ora Mars süxurunda istilik axınlarının ölçülməsi və onun tərkibinin dolayı qiymətləndirilməsi üçün temperatur ötürücülərinə malik lent yerləşdiriləcək. 

Realpressa.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.