Azərbaycan teatrlarında bilet qiymətləri - SİYAHI

Azərbaycan teatrlarında bilet qiymətləri - SİYAHI
11 Dek 2018 12:13

“Report” Azərbaycan teatrlarında bilet qiymətlərini öyrənib. 

Həmin qiymətləri təqdim edirik:

Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyişir.

Azərbaycan Dövlət Musiqili Teatrında uşaqlar üçün biletin qiyməti 6 manat, böyüklər üçün isə 8-10 manatdır. Uşaqlar üçün Yeni İl şənliyinin qiyməti isə 8 manatdır. Biletə hədiyyə də daxildir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün biletin qiymətləri 5,6,7 AZN, böyüklər üçün isə 11-16 AZN-dir. iTicket.az saytında isə “Karmen” və “Manon Lesko” tamaşasına biletin qiyməti 33 AZN-ə qədərdir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə qiymətlər standart olaraq 3 AZN təşkil edir.

Bakı Uşaq Teatrında biletlərin qiyməti uşaqlar üçün 5 AZN-dir. Teatrdan "Report"a bildirilib ki, bəzən böyüklər üçün də tamaşalar oynanılır və bu zaman biletin qiyməti 7 AZN olur.

Azərbaycan Dövlət Pantomima Teatrında uşaqlar üçün bilet qiymətləri 5 AZN, böyüklər üçün isə 7 AZN-dir.

Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün biletin qiyməti 5 AZN-dir. Axşam tamaşaları 15 AZN, premyera tamaşalarınin qiyməti isə 20 AZN olur.

Gənc Tamaşaçılar Teatrında biletlərin qiyməti 6-8 AZN aralığındadır.

Gəncə Dövlət Dram Teatrında bilet qiymətləri 1-2 AZN-dir. Proqrama əlavə olunduqda isə biletin qiymətinin dəyişməsi mümkündür.

Sumqayıt Dövlət Dram Teatrında biletlər uşaqlar üçün 2 AZN, böyükər üçün 5-6 AZN-dir.

Şuşa Dövlət Musiqili Dram Teatrında biletlərin qiyməti 2-5 AZN-dir. Teatr yeni binaya köçürüldükdən sonra qiymətlərin dəyişilməsi gözlənilir.

Realpress.az


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.