Xorvatiya - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşdi

Xorvatiya - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşdi
11 Dek 2018 12:02

Xorvatiya və Azərbaycan milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk tur matçının keçiriləcəyi stadion müəyyənləşib.

Realpress.az-ın məlumatına görə, bu barədə qərar Xorvatiya Futbol İttifaqının (HNS) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Qərara əsasən, 2019-cu il martın 21-də nəzərdə tutulan görüş Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq.

İcraiyyə Komitəsi, həmçinin HNS-in yeni təklif olunan gerbini dəyişməməyi də məqsədəuyğun sayıb. Qurum açıq müsabiqə nəticəsində təklif olunan variantlardan heç birinin hazırkını üstələmədiyi qənaətinə gəlib. Hazırkı gerbdə damalar təsvir olunub və yığma da oyunlara belə formalarla çıxır.

Qeyd edək ki, Xorvatiya və Azərbaycan milliləri Macarıstan, Slovakiya, Uelslə birgə E qrupunda yer alıb. 

18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.