Samsung Galaxy A8s smartfonu təqdim olunub

Samsung Galaxy A8s smartfonu təqdim olunub
11 Dek 2018 10:55

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A8s” smartfonunu təqdim edib. Bu, şirkətin yeni “Infinity-O” ekranı ilə təchiz edilən ilk smartfonudur.  

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, xatırladaq ki, “Samsung” yeni “Infinity” displeylərini proqram tərtibatçıları üçün “SDC 2018” konfransında nümayiş etdirib. “Infinity-U” və “Infinity-V” ekranları damcıvarı və V hərfi şəklində kiçik açıq yerlərə malikdirlər. “Infinity-O” displeyində kiçik açıq yer daha kompaktdır, faktiki olaraq bu, ön kamera altında yerləşən dəlikdir. “New Infinity” ekranı tam çərçivəsizdir və ümumiyyətlə, kiçik açıq yerlərə malik deyil. Kamera və ötürücülər displey altında gizlənir və lazım olduqda görsənir.

Məlumata görə, “Galaxy A8s” smartfonunda dəliyin diametri 6,7 mm təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu gün nümayiş edilən “Honor View 20” smartfonunda kiçik açıq yerin diametri 4,5 millimetrdir.

Smartfon “Full HD+” (2340 x 1080 piksel) təsvir ölçülü 6,4 düym diaqonallı “Infinity-O” ekranı, 24 meqapikselli ön kamera, eləcə də 24+5+10 meqapikselli əsas 3 kamera, arxa panelli barmaq izi skaneri ilə təchiz olunub.

Yeni modelin aparat əsasını “Snapdragon 710” prosessoru, 6 və ya 8 giqabaytlıq operativ yaddaş və “microSD” formatlı yaddaş kartları ilə 512 giqabayt tutumadək genişləndirmə imkanına malik 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3400  milliamper/saata bərabərdir. Bundan başqa, iki SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11ac) (2.4/5GHz), “Bluetooth 5”, “NFC”, “GPS + GLONASS” modemləri və “USB Type-C” portu dəstəklənir. Ölçüsü 158,4×74,9×7,4 millimetr təşkil edən smartfon “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. 

“Samsung Galaxy A8s” smartfonu mavi, boz və yaşıl rəngdə təklif olunur. Çində ilkin sifarişlərin qəbuluna dekabrın 21-dən etibarən başlamaq nəzərdə tutulur. Qiymət barədə hələlik məlumat verilmir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.