Qərb ölkələrində demək olar ki, hər evdə ev heyvanı var və valideynlər körpə uşağın onlarla təmasından qaçmırlar. Lakin Şərq ölkələrində, həmçinin Azərbaycanda valideynlər övladlarını pişik və itlə oynamağa qoymur, "uşaqlara mikrob keçər" düşüncəsindədirlər. Lakin alimlər sübut edib ki, ev heyvanlarının şəfaverici gücü var: xüsusən də pişiyin.
Realpress.az medicina.az-a istinadən bildirir ki, elmlə sübut olunub ki, ev heyvanlarının, xüsusilə pişiklərin özünəməxsus bioenergetikası var. Pişik nə qədər böyük olarsa, onun enerji potensialı da o qədər çox olur və sahibinə daha çox kömək edir. Hissiyyatı çox güclü olur, onu əhatə edən canlıların energetik sahələrini və insanların vəziyyətini xırdalığına qədər hiss edir. Ev pişiklərinin əksəriyyəti ailə üzvlərinə kömək etməyə cəhd göstərir, sahibinin ürəyi və ya qarın nahiyəsi ağrıyanda həmin nahiyəyə uzanıb ağrını özünə çəkir. Ehtimal ki, belə vaxtlarda pişik hansısa instinktə uyğun hərəkət edir. Adətən bu, onun özü üçün heç bir təhlükə törətmir.
Ev pişiyi sahibini sakitləşdirir, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Onun bioenergetikası baş və oynaq ağrılarını azaldır, zədələrin tez sağalmasına kömək edir, daxili orqanların iltihabi xəstəliklərini sağaldır. Müalicəvi təsir pişiyi əllə sığallayarkən da baş verir.
Qeyd edək ki, pişiklərin xəstəliyə təsir gücü faktla da sübut olunub. Belə ki, ABŞ-da sahibi onkoloji xəstəlikdən əziyyət çəkən pişik bir müddət sonra ölüb. Araşdırma zamanı məlum olub ki, pişik hər zaman sahibinin şiş tapılan nahiyəsində otururmuş və bundan sonra xərçəngə tutularaq ölüb. Onun sahibi isə sağ qalıb...
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.