Külli miqdarda qanunsuz siqaretə görə üç nəfər həbs olundu - VİDEO

Külli miqdarda qanunsuz siqaretə görə üç nəfər həbs olundu - VİDEO
10 Dek 2018 14:41


Vergilər Nazirliyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında keçirilib. 

Nazirliyin mətbuat xidmətindən realpress.az-a verilən məlumata görə, vergi nəzarəti tədbiri zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər aksizsiz tütün məmulatlarını və alkoqollu içkiləri satış üçün saxlamaq və satışını təşkil etmək məqsədi ilə mağazada gizli saxlanc yerləri quraşdırıblar.

Tədbir zamanı həmin gizli saxlanc yerləri müəyyən edilərək, külli miqdar təşkil edən aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb.

Vergilər Nazirliyi bildirir ki, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri sistemli şəkildə davam etdirəcək.

Vergilər Nazirliyi alkoqollu içki istehsalçılarını və satıcılarını aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.