Kakao depressiyanın qarşısını alır

Kakao depressiyanın qarşısını alır
10 Dek 2018 13:02

Kakao paxlasından yağ aldıqdan sonra qalan jmıx üyüdülür və ondan kakao tozu əldə edilir.

Kakaoda teobromin maddəsi var ki, bu da ürək-damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması isə içkinin qidalılıq dəyərini artırır. Mütəxəssislərin fikrinə görə isə, soyuq fəsillərdə kakaonun istehlakı orqanizm üçün çox faydalıdır.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərənin Redinq Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində kakaonun bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırdığı və iltihabı azaltdığı qənaətinə gəliblər. Nəticədə isə immun sistemi möhkəmlənir.

Lakin kakaonun orqanizmə olan faydası bununla bitmir. Belə ki, onun sinir sisteminə müsbət təsir etdiyi də bir daha sübut edilib. Kakaonun tərkibində olan maddələr, həmçinin neyronların bərpasını stimullaşdırır, onların arasında olan əlaqələri bərpa edir.

Soyuq fəsillərdə günün qısalması və soyuq hava orqanizm üçün güclü stress amilidir. Kakao isə depressiyanın qarşısını alır, əzələlərin sıxılmasını azaldır, əhvali-ruhiyyəni yüksəldir, yuxu rejimini stabilləşdirir.

Mütəxəssislərin fikrincə, kakaonu müntəzəm istehlak edən insanlarda şəkərli diabet və ürək xəstəlikləri riski 2 dəfə azalır. Kakaonun tərkibində olan flavonoidlər ürək hüceyrələrini bərpa edir, damarların elastikliyini artırır, qan dövranını normallaşdırır.

Onun tərkibindəki "epikatexin" maddəsi isə beyinin qan dövranını və yaddaşı yaxşılaşdırır. Bu içki insultun yaranma riskini azaldır, arterial təzyiqin stabil qalmasına kömək edir. Kakaonun istehlakı, eyni zamanda, qanda xolesterinin və şəkərin səviyyəsini tənzimləyir.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.