Ermənistanda seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam prinsipi ilə hərəkət edildi — Bahar Muradova

Ermənistanda seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam prinsipi ilə hərəkət edildi — Bahar Muradova
10 Dek 2018 12:56

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri barədə məlumatlar ilk olaraq, Ermənistan vətəndaşları və mətbuat tərəfindən yayılır. Bizim söylədiklərimiz də bir növ onların təkrarı olur".

Realpress.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, Ermənistandakı seçkinin istənilən nəticəni verməsi üçün əvvəlcədən bütün addımlar atılmişdı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarılmışdı, vətəndaşlar qorxudulmuşdu: "Ermənistanda "seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam" prinsipi ilə hərəkət edildi və nəticə də ortadadır. Ona görə də əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq edilməli idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və onlar özləri qərar verməlidilər ki, bu seçkinin nəticələrini təsdiq etdirməklə, onun nəticəsində özünü legitimləşdirən bir siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyirlər ya yox. Bu, onların daxili həyatlarıdır. Amma hər halda regionda baş verən hadisə kimi bu, bizi də narahat edir və maraqlandırır".

B.Muradova əlavə edib ki, Ermənistanda keçirilən seçki barədə dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdırlar: "Onlar müxtəlif təzyiq və təhdidlər altında keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər".

O vurğulayıb ki, növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: "Çünki elə seçkiqabağı da Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının xidmət etməsi və necə xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Nikol Paşinyanın özünün açıqlamaları - bütün bunların seçkiyə hesablandığını göstərirdi.

Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri barədə məlumatlar ilk olaraq, Ermənistan vətəndaşları və mətbuat tərəfindən yayılır. Bizim söylədiklərimiz də bir növ onların təkrarı olur. Ermənistanda "seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam" prinsipi ilə hərəkət edildi və nəticə də ortadadır. Ona görə də əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq edilməli idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və onlar özləri qərar verməlidilər ki, bu seçkinin nəticələrini təsdiq etdirməklə, onun nəticəsində özünü legitimləşdirən bir siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyirlər ya yox. Bu, onların daxili həyatlarıdır. Amma hər halda regionda baş verən hadisə kimi bu, bizi də narahat edir və maraqlandırır".

B.Muradova əlavə edib ki, Ermənistanda keçirilən seçki barədə dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdırlar: "Onlar müxtəlif təzyiq və təhdidlər altında keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər".

O vurğulayıb ki, növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: "Çünki elə seçkiqabağı da Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının xidmət etməsi və necə xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Nikol Paşinyanın özünün açıqlamaları - bütün bunların seçkiyə hesablandığını göstərirdi".


19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.