Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir

Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir
10 Dek 2018 10:25

Daltonizm-rəng korluğu gözün görmə mərkəzindəki xüsusi piqmentlərin yoxluğu və yaxud əskikliyi nəticəsində yaranan xəstəlikdir. Problemə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə olan konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hansısa birinin və ya hər üçünün az olması, yaxud da heç olmamasıdır. Bu patoloji hala ilk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinib. Sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, irsən keçən bu xəstəliyə ən çox oğlan uşaqlarında rast gəlinir. Lakin az hallarda da qız uşaqları da bu çatışmazlıqdan əziyyət çəkirlər. Əgər bu xəstəlik valideynlərdən birində varsa, bu, oğlan uşaqlarında rast gəlinməsi üçün yetərli səbəbdir. Hər iki valideynin daltonik olması qız uşaqlarında bu xəstəliyin əmələ gəlməsinə səbəb olur. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur, lakin əlamətləri özündə daşıyır və gələcəkdə onun oğlu bu problemlə doğula bilər. Hazırda dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir.

Daltonizm tam və qismən rəng korluğu olmaqla iki qrupa ayrılır. Uşaqlıq və ya yeniyetmə dövründən başlayan daltonizm yaş artdıqca ağırlaşır. Xəstəliyin əmələ gəlməsinin başlıca səbəbi genetikdir. Belə ki, problem X xromosomu üzərində daşınır. Lakin beyin travmaları, gözün üst təbəqəsinin zədələnməsi, uşaq ikən ultrabənövşəyi şüalara çox məruz qalınması da xəstəliyin yaranmasına səbəb ola bilər.

Maraqlıdır ki, daltonizmə təkcə insanlarda deyil, heyvanlarda da rast gəlinir.

Bu problemin dəqiq bir müalicəsi olmasa da, qismən rəng korluğu olduqda xromogen linza və xüsusi eynəklərlə xəstənin görə bilmədiyi rənglər parlaq bir hala gətirilə bilir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.