Kaşıkçının ölümqabağı son sözləri yayıldı

Kaşıkçının ölümqabağı son sözləri yayıldı
10 Dek 2018 10:21


CNN İstanbulda qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Kaşıkçının son sözlərini ictimailəşdirib.

Realpress.az-ın xəbərinə görə, telekanal bu barədə özəl mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, jurnalistin son sözləri “Nəfəs ala bilmirəm” olub.

Qeyd olunur ki, telekanalın müsahibi jurnalist üzərində işgəncələrin audioyazısını dinləyib. Mübarizə və bədənin hissələrə doğranması zamanı çıxan səsləri “öldürmək” üçün yazıya musiqi əlavə edilib.

Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna gəldikdən sonra qətlə yetirilib. O, türkiyəli vətəndaşla nikah bağlamaq üçün boşandığını təsdiq edən sənəd (subaylıq haqqında arayış) almaq məqsədilə diplomatik nümayəndəliyə üz tutub. Nişanlısı onu konsulluq binası yaxınlığında gözləyib.

Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətlə yetirilməsini yalnız 19 gündən sonra təsdiq edib. Habelə qətlin qəsdən törədilmədiyi açıqlanıb. Noyabrın 15-də krallığın prokurorluğu qətldə şübhəli bilinən beş şəxsin edam edilməsini tələb edib.

Türkiyə hüquq-mühafizə orqanları isə jurnalistin ölümündə ümumilikdə 18 nəfəri şübhəli bilir və onların ölkəyə ekstradisiya olunmasını tələb edir. Yerli hakimiyyət qətlin qəsdən, xüsusi amansızlıqla törədildiyini iddia edir. Son istintaq versiyasına görə, jurnalistə işgəncələr verilib, bədəni hissələrə doğranıb və diplomatik toxunulmazlıqdan sui-istifadə olunaraq çantalarda ölkədən çıxarılıb.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.